Prezidentin vəzifə verdiyi Ceyran Mahmudova kimdir?

Hit: 6216
Prezidentin vəzifə verdiyi Ceyran Mahmudova kimdir?

Prezident İlham Əliyev Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Ceyran Mahmudova Xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.

Bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir. 1964-cü ildə Bakıda anadan olub.

Yaradıcılığı:

Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, «Deniş», 1990;

Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., «Qobustan» toplusu, №1, 1991;

Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun «Xəbərlər» toplusu. B., №1, 1997;

Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. «Xəbərlər». B., №1, 1998;

Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair.

«Xəbərlər». B., №1, 1998;Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. «Xəbərlər». B., №1, 2000;

Mahnılarda yaşayan poeziya. «Musiqi dünyası» jurnalı. №2, 2000;

Rəsul Rza və Azərbaycan musiqisi. «Qobustan» toplusu. №2, 2001;

Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. «Musiqi dünyası». №3-4, 2001;

Zərif gözəllik qəlb sirdaşı... /C.Cahangirov/, «Musiqi dünyası». №3-4, 2001.

Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.

Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 - 2001).

Dövri mətbuatda məqalələr (1990 - 2001).









Redaktorun seçimi