"Məhkum olunmuşlar"

Hit: 597
"Məhkum olunmuşlar"

Eltac Xuduzadə

Qadın azadlığı - bu şüar, bəzi qadınların sferasında sadəcə öz maraq və mənfəətlərinə aid hər hansısa bir şey ortaya çıxdıqda peyda olur.

Qadın azadlığı bayrağı altında öz xoşagəlməz işlərini yerinə yetirənlər də az deyil. Təəssüf ki, qadın azadlığı daha acınacaqlı məsələlərdə yetərincə tələb olunmur.

Bu problemlərdən ən fəsadlı nəticələrə yol açanı erkən nikahlardır. Erken nikah hazırda ən aktual sosial problemlərdən biridir. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olsalar da, azyaşlı gəlinlər daha çox üstünlük təşkil edir və onların əksəriyyəti ağır sosial-iqtisadi statusa malik olan ailələrin qızlarıdır.

Erkən nikaha daxil olan uşaqlar (əsasən qızlar) heç orta təhsilini belə başa vura bilmirlər. Qız uşaqları üç, ya dörd sinif oxuyurlar, hərfləri öyrənib adlarını yaza bilən kimi onları nişanlayıb ərə verirlər. İllər boyu formalaşmış stereotiplər bəzi ailələrdə “qayda-qanun” halını alıb.

O uşaqlar öz məqsədlərini, istəklərini belə düşünməyə vaxt tapmamış ailə məsuliyyətinə cəlb olunurlar. Beləliklə savadsız valideynlər formalaşır və bu savadsız "ana"ların dünyaya gətirdiyi övladlar belə bir anormal mühitdə böyüyürlər.

Axı 18 yaşından kiçik bir uşaq ailə məsuliyyətini necə dərk edə bilər ? O yaşda bir uşağın maariflənməyə, ailə və mühit tərbiyəsinə ehtiyacı var. Erkən yaşda qızını ərə vermiş ata, əgər ona valideyn belə demək olarsa, təkcə öz qızının yox hətta onun övladlarının talehini də puç etməyə müvəffəq olur.

Təsadüfi deyil ki, cəmiyyətdə erkən evlənənləri dəstəkləyən insanlarda az deyil və onlar erkən evliliyi “ağ gün”ə çıxmaqla əsaslandırırlar. Uşaq nikahı sosial-iqtisadi statusdan asılı ola bilər. Ailədəki sosial durumun zəif olması da erkən nikaha səbəb olur.

Belə ki bəzi ailələr zənn edirki qızını erkən ərə verməklə "onun yükündən" azad olur. Bəzi valideynlər isə belə hesab edirki, qızımızı erkən yaşda ərə verməsək daha ərə verə bilməyəcəyik, "evdə qalacaq".

Bu da əsas amillərdəndir. Bu qlobal problem əsasən rayon (kənd) bölgələrində kəskin xarakter alıb, lakin şəhərlərə də yad deyil.

Rastlaşdığım erkən nikaha daxil olmuş cütlüklərdən heç biri mövcud vəziyyətdən məmnun deyillər.  Digər sosial problemlər kimi “erkən nikah” probleminin də əsas həll yolu dərin şəkildə maarifləndirmədir. Azyaşlılarla yanaşı onların valideynləri də maariflənməlidir.

Bu problem çərçivəsində müxtəlif proqramların, layihələrin və sorğuların keçirilməsi daha məqsədəuyğundur. Amma təəssüflər olsunki, erkən nikaha qarşı müxtəlif tendensiyalar irəli sürülsə də, bu problem öz həllini tapmır.

Faktor.az









Redaktorun seçimi