Azərbaycanda yeni mədəniyyət portalı təsis edildi

Hit: 481
Azərbaycanda yeni mədəniyyət portalı təsis edildi

İyunun 25-dən ölkədə yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.

Faktor.az xəbər verir ki, “Nargin – Sənət adası” adı ilə işə başlayan portal ölkədə ədəbi mühitin canlanmasına, yeni sənət platformasının formalaşmasına xidmət edəcək.

İstedadlı gənclərin birgə səyi nəticəsində yaradılan sayt dünya və Azərbaycanda ərsəyə gələn sənət nümunələrini sərgiləyəcək, eyni zamanda ölkənin mədəniyyət gündəmini dəyərli nöqtələrə daşımağa çalışacaq.

Yaradıcı heyət portalın ad seçimində “Nargin.Az”a üstünlük verilməsini bu adada dəfn edilən mədəniyyət, qırılan ədəbi ənənə ilə əlaqələndirir. Saytın adında həmçinin cəmiyyətdə azlıq təşkil edən sənətsevərləin ada təssüratı yaratması da simvollaşdırlıb.

Nargin.Az-ın uğurları üçün istedadlı gənc yazar və jurnalistlərdən ibarət yaradıcı komanda çalışacaq. Saytın baş redaktoru Sərdar Amindir.









Redaktorun seçimi