"XƏZAN" jurnalının may - iyun sayı

163 dəfə oxunub
"XƏZAN" jurnalının may - iyun sayı

“Xəzan” ədəbi-bədii jurnalının may-iyun (2018) sayı çapdan çıxıb.

Sıra sayı ilə bu, jurnalın 15-ci sayıdır. 

Redaktor guşəsində yerləşdirilmiş “Povestləşdirmək nə deməkdir” yazısında çətin ədəbi janr olan povest barədə izaha ehtiyac olmayan qəlibşçilik və manevr imkanları səciyyələndirilir. 

Jurnalın növbəti iki səhifəsində Vaqif Yusifli və Sultan Mərzilinin 70 yaşlarının tamam olması münasibətilə təbrik mətnləri yerləşdirilib.

Yaşar Süleymanlının himn, cəngi kimi səslənən “Azərbaycan” şeiri təbrik mətnlərindən dərhal sonra yer alıb. 

Nəsr bölməsində Natəvan Dəmirçioğlunun “Üç nöqtə” və Ayaz İmranoğlunun “Məcnunsuz dünya” pvestləri, Qafar Cəfərli, Qorxmaz Abdulla, Rəşid Bərgüşadlı, Sultan Mərzili, Camal Zeynaloğlu, Sənəm Səbayel, Əli bəy Azəri və Pərvanə Bayramqızının hekayələri çap olunub.

Poeziya bölməsində Ələsgər Talıboğlunun və Vaqif Osmanovun poemaları, Lalə İsmayıl, Hafiz Əlimərdanlı, Məhəmməd Əli, Surxay Hatəm Mövlanverdi, Rəhman Bayram, Nizami Kolanılı, Ələddin Əzimli, Vüsal Yurdoğlu, Şərqiyyə Balacanlı, Arif Dardanyuxarı, Gülşən Mustafa, Rəna Mərzili, Gülnarə İsrafil, Aida Adıgözəlova və Elgün Atakişiyevin şeirləri yerləşdirilmişdir. 

Eyni zamanda Qarabağ savaşında şərəfli yol keçmiş, Xromord kilsəsində mövqe tutaraq ermənilərə qarşı təkbaşına beş gün döyüş aparmış Natiq Qasımovun döyüş yolundan bəhs edən Ramiz İsmayılın “Gözü yolda qalan var” sənədli povestindən bir hissə jurnalda yerləşdirilmişdir. Əsər hissə-hissə sonadək jurnalın növbəti nömrələrində çap olunacaqdır.

Təhlilli yazılar sırasından Vaqif Yusiflinin “Vətən ürəklərdən başlayır”, Gülnar Səmanın “Balayar Sadiqin poemaları” və Arif Əzizbəylinin “Kökünə söykənmiş qoca çinar” başlıqlı yazılar sözə, şair qələminə verilən qiymətdir. 

Rəna Mirzəliyevanın “Cümhuriyyətin doğma balası” və Şəfa Vəlinin “Qapıların nağılı” esseləri bəzi mətləbləri açmaqla oxucunu uzun zaman səyahətinə çıxartmış olur.

Səbinə Yusifin İlyas Tapdığın ölümündən əvvəl lentə aldığı müsahibə maraqlı tərəfləri ilə yadda qala bilər. Nemət Bəxtiyarın, Rəna Mərzilinin, Rəna Mirzəliyevanın və Arif Əzizbəylinin digər publisistik və araşdırma xarakterli yazıları jurnalın rəngarəngliyini daha da artırmış olur.

FAKTOR.AZ


loading...
loading...

Redaktorun seçimi