Firuzə Oruc ilk kitabını təqdim etdi

Hit: 1931
Firuzə Oruc ilk kitabını təqdim etdi

İyunun 9-u "Azərkitab" Kitab Təbliğatı Mərkəzində bir sıra ədəbiyyat nümayəndələrinin, ziyalıların, oxucuların iştirakı ilə gənc yazar Firuzə Orucun "Adını "SƏN" qoy " kitabının təqdimat mərasimi keçirilib.

FAKTOR.AZ xəbər verir ki, şairə-publisist Nəcibə İlkin tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və müəllifin şeirlərindən bəhs edən nitq söyləyib.

Sonra tədbir iştirakçılarından tanınmış ziyalı, "Tərəqqi" medallı Zabit Orucov, publisist Məhərrəm Şəmkirli, gənc yazarlardan Emil Rasimoğlu, Ümid Nəccari, Ramil Mərzili, Gülnar Səma və digərləri çıxış edərək müəllifə yaradıcılıq uğurları arzulayıb.

Sonda kitabın müəllifi Firuzə Oruc hər kəsə öz təşəkkürünü bildirdikdən sonra xatirə şəkili çəkilib.









Redaktorun seçimi