Şeirləri dillərdən düşməyən İntiqam Yaşarın "Evdə yoxam" kitabı - Təqdim ediləcək

Hit: 2464
Şeirləri dillərdən düşməyən İntiqam Yaşarın "Evdə yoxam" kitabı - Təqdim ediləcək

Sən, ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin – bundan kimə nə?

Bəlkə bir istəyin, bəlkə arzun var,

Utanma, çəkinmə, buyur, de mənə.

 

Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

Bəlkə o qadın da köçüb dünyadan,

Köçübsə görəsən hardan boylanır? 

Yəqin başqa yerdə dəfn eləyiblər,

Yəqin bir şəkil də ordan boylanır...

 

****

 

 

10 İyun saat 13:40-da Azərbaycan Milli Kitabxanasında AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şair İntiqam Yaşarın yeni işıq üzü görmüş "Evdə yoxam" adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcəkdir.

Təqdimata giriş sərbəstdir.

(Ünvan : Azərbaycan Milli Kitabxanası.."Sahil" metrosunun yaxınlığı...Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə üzbəüz )

FAKTOR.AZ









Redaktorun seçimi