“Ömürdən uzun gecə” tamaşasının premyerası olub

Hit: 683
“Ömürdən uzun gecə” tamaşasının premyerası olub
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.
 
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, premyerada Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Aygün Əliyeva, tanınmış mədəniyyət və sənət adamları, mətbuat nümayəndələri iştirak ediblər.
Tamaşa, izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanıb.
 
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.
 
Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış ediblər.
 
Mistik dram janrında hazırlanmış bu əsər insanı əhatə edir. Şüurun işləyə bilmədiyi mücərrəd, naməlum ruhsal dünyadan bəhs edərək içində olduğumuz, lakin, anlamadığımız tale proseslərini analiz edir. Məqsədimiz insanlara mənəvi təmizlənmə üçün bir-birlərinə yardım etmələrini aşılamaqdır. Mövzu və məzmun dünənimiz, günümüz və sabahımızdır ki, məkan və zaman anlayışı bu tamaşada nisbidir.

Hikmət // Faktor.az









Redaktorun seçimi