Gənc yazarın şeirlər kitabı təqdim ediləcək

Hit: 810
Gənc yazarın şeirlər kitabı təqdim ediləcək

İyunun 9-u saat 17:00-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzində gənc yazar Firuzə Orucun yeni işıq üzü görmüş "Adını SƏN qoy " ilk şeirlər kitabının təqdimat mərasimi keçiriləcəkdir.

Onu da vurğulayaq ki, Firuzə Oruc (Orucova Firuzə Zabit qızı) 18 aprel 1988-ci ildə Salyan rayonunun Xalac kəndində ziyalı ailəsində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Bir neçə ildir şeirləri ilə dövrü mətbuatda çıxış edir.

(Ünvan: "Azərkitab" Kitab Təbliğatı Mərkəzi..."Elmlər Akademiyası" metrosunun yaxınlığı...Dövlət Statistika Komitəsi ilə üzbəüz)









Redaktorun seçimi