İran filmləri Azərbaycan dilində təqdim olunacaq

Hit: 366
İran filmləri Azərbaycan dilində təqdim olunacaq

Mayın 29-dan etibarən Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunacaq.

 

Faktor.az-ın xəbərinə görə, “Sərhədsiz kino” silsiləsindən filmlərin təqdimatı mayın 31-dək davam edəcək.

 

Tanınmış iranlı kinorejissor Rıza Siami həmkarlarının lentə aldıqları ekran əsərləri ilə bağlı bunları deyib: “Kinosevərlər üç gün davam edəcək nümayişlərdə gənc rejissorların ərsəyə gətirdikləri 14 qısametrajlı filmə baxa biləcəklər. Təbriz, Ərdəbil və Urmiyadan olan rejissorların Azərbaycan dilində ekranlaşdırdığı filmlər təqdim ediləcək. Onlardan dördü sənədli, onu isə bədii filmdir”.









Redaktorun seçimi