Məşhur film dizayneri vəfat edib

Hit: 316
Məşhur film dizayneri vəfat edib

Film sektorunda çox önəmli afişalara imza atan və Hollivudda yeni bir yolun başlanğıcını qoyan məşhur amerikalı dizayner vəfat edib.

Faktor.az-ın xəbərinə görə, “Kasablanka”nın afişasını hazırlayaraq məşhurlaşan və bu günə qədər 2 mindən çox afişanın hazırlanmasında əməyi olan Bill Qold 97 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1940-cı illərdə kariyerasına “Warner brothers” ilə başlayan Qold Alfred Hitchcock (“Dial M for Murder”), Elia Kazan (“East of Eden”), Federico Fellini (“8,5”), Stanley Kubrick (“A Clockwork Orange”), Sam Pekcinpah (“The Wild Bunch”), Robert Altman (“McCabe & Mrs. Miller”), Martin Scorsese (“Good Fellas”) kimi məşhur rejissorların filmlərinin afişasını hazırlayıb.

Hikmət









Redaktorun seçimi