"Xan" yeni kitablarını təqdim edəcək

Hit: 301
"Xan" yeni kitablarını təqdim edəcək

Mayın 27-si saat 15-də Xanəmir Telmanoğlunun “Naməlum ailə” psixoloji romanı və Sevinc Elsevərin “Çörək rəngli əllər” şeirlər toplusu oxuculara təqdim ediləcək.

“XAN” nəşrlərinin “Çağdaş ədəbiyyat” seriyasından çap olunan kitabların təqdimatı “Kitabevim.az” mağazalar şəbəkəsinin 28 May filialında keçiriləcək. 

Qeyd edək ki, “Çörək rəngli əllər” kitabı Mövlud Mövludun xatirəsinə ithaf olunub. Kitabın ön sözünün müəllifi Kulis.azın əməkdaşı, tanınmış sənətşünas Aliyə Dadaşovadır.









Redaktorun seçimi