Ankara səhnəsi dünyaya “Güzgü” tutacaq

Hit: 309
Ankara səhnəsi dünyaya “Güzgü” tutacaq

Bu il dördüncü dəfə keçiriləcək “Qısa Qaraj” (KısaGaraj) festivalında Azərbaycandan dramaturq Jalə İsmayıl iştirak edəcək.

Festivalın təşkilatçısı Ankarada fəaliyyət göstərən “Tiyatro1112Garaj” hər il mayın son həftəsi öncədən qəbul etdiyi qısa pyes və hekayələri iki gün boyunca tamaşaçılara təqdim edir.

Jalə İsmayılın builki festivalda səhnəyə qoyulan “Güzgü” pyesi son saatlarını yaşayan keçmiş birinci ledinin həyatı haqqındadır.

Qeyd edək ki, Jalə İsmayılın “Vida məktubu” adlı qısa hekayəsi keçən il bu festivalda oxu-tamaşa kimi oynanılıb.

Faktor.az









Redaktorun seçimi