Azərbaycanda 5 minə çılpaq qadın rəsmi satışa çıxdı - FOTOLAR

Hit: 1860
Azərbaycanda 5 minə çılpaq qadın rəsmi satışa çıxdı - FOTOLAR
Azərbaycanlı rəssam Gülağa Rzayevin 40 il bundan qabaq yağlı boya ilə çəkdiyi əsəri satışa çıxarılıb.
 
Faktor.az-ın məlumatına görə, rəsm əsərini sayta yerləşdirən Elşad adlı istifadəçi təqdim etdiyi tablo haqqında belə bir elan verib: "Rəhmətlik rəssam Gülağa Rzayevin əl işidir. 40 il bundan qabaq yağlı boya ilə çəkilib. Villa və ofisinizin bəzəyi ola biləcək bir rəsm əsəridir. Qiymətdə razılaşmaq olar. Əsər satılanda sonra elan silinəcək".
 
Qeyd edək ki, mərhum rəssam Gülağa Rzayevin əsərlərinin bir çoxu Müstəqil Dövlətlər Birliyi ölkələrində, Türkiyədə, Almaniyada, ABŞ-da şəxsi kolleksiyaları bəzəyir. Tanınmış fırça ustasının Abşeronun təbiət mənzərələrinin və İçərişəhərin müxtəlif guşələrinin yüksək sənətkarlıqla əks olunduğu, özünəməxsusluğu ilə seçilən əsərləri sərgilərdə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 









Redaktorun seçimi