“Jizel” baletinin tamaşası keçiriləcək

Hit: 354
“Jizel” baletinin tamaşası keçiriləcək

İyunun 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baletinin tamaşası keçiriləcək.

Teatrdan Faktor.az-a verilən məlumata görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər. 

Qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir. Rusiyalı balet ustaları ilə yanaşı, tamaşada teatrın solistləri Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın əməkdar artisti Əyyub Quliyev idarə edəcək.









Redaktorun seçimi