Markın doğum günüdür

Hit: 515
Markın doğum günüdür

Bu gün Mark müəllimin doğum günüdür. Xatırladaq ki, o daltonikdir. O yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. Ona görə də Facebookda göy rəng üstünlük təşkil edir. “Göy rəngi mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”- o deyir.

Mark Elliot Zukerberq (14 may 1984) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Facebook-un qurucusu Amerikalı sahibkar.

Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.

Faktor.az









Redaktorun seçimi