Aşıq Azər Xanlaroğlunun xatirəsinə

Hit: 2258
Aşıq Azər Xanlaroğlunun xatirəsinə

Yenə dilə çəkib ölüm Allahı
Bir ömrə yarıdan dönüş eyləyir.
Tamahı gözündə qalsın fələyin
Fırlanıb tərsinə gərdiş eyləyir.

Buludun əlindən qaçır yağış da...
Bir gilə yaş donub odlu baxışda.
Uca zirvələrə qalxan yoxuşda,
Birisi qüruba eniş eyləyir.

Qət təzə ömürlər tapır əzrayıl,
Çiçəyi burnunda qapır əzrayıl.
Atını dördnala çapır əzrayıl
Ölüm meydanını geniş eyləyir.

Hər ömür bir addım hər gün kiçilir,
Neçə ümid ölür, candan keçilir.
Əcəl hər ömürdə yarış keçirir
Çatır baş daşına finiş eyləyir.

Elməddin Nicat









Redaktorun seçimi