"Bu şəhərdə" komandasının üzvləri ilə görüş keçirilib

Hit: 1088
"Bu şəhərdə" komandasının üzvləri ilə görüş keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində "Bu şəhərdə" komandasının üzvləri,  Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və ssenarist Müşfiq Abbasovla görüş keçirilib.
 
Görüşdə bildirilib ki, "Bu şəhərdə" komandasının həm televiziyada yayımlanan komediya filmləri, silsilə konsertləri və yumoristik səhnəcikləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. 
 
Tanınmış aktyorlar çıxışlarında həyat və fəaliyyətlərindən, konsert proqramlarından, görüləcək işlərindən, gələcək layihələrindən danışıblar.
 
Görüş zamanı tamaşaçılara gülüş dolu anlar yaşadan aktyorlar onları sevənlərin suallarını cavablandırıb.
 








Redaktorun seçimi