“Qarabağ”-ın oyunu ölkənin ən böyük ekranında

Hit: 1375
“Qarabağ”-ın oyunu ölkənin ən böyük ekranında
Azərbaycan çempionu - "Qarabağ" - bu gün UEFA Avropa Liqasının qrup mərhələsində oyunlara başlayır. Oyun tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçməyə bir az qalan,  Qurban Qurbanovun komandası səfərdə Almaniyanın "Frayburq" komandası ilə qarşılaşacaq.
 
"Qarabağ" bu mövsüm avrokubok kampaniyası çərçivəsində çox sayda parlaq qələbələr qazandı - Ağdamlılar Polşa, İsveçrə və Macarıstan çempionlarını məğlub etdi və Çexiya "Viktoriya"sı ilə də eyni uğura imza atmağa bir addımda idilər.
 
Buna baxmayaraq, "Qarabağ" oyunlarına maraq yüksək səviyyədədir, məhz buna görə Avropa Liqasının qrup mərhələsinin ilk turu, "Frayburq"la oyunu ölkənin ən böyük ekranında - Park Cinema Flame Tower kinoteatrının IMAX zalında canlı izləmək imkanı yaradılıb. 
 
Yeri gəlmişkən, "Park Cinema" üçün bu, Ağdam komandasının oyunlarının nümayişi ilə bağlı ilk təcrübə deyil - bundan əvvəl "Qarabağ"ın "Viktoriya"ya qarşı oyunları da IMAX zalında nümayiş etdirilib, hətta kinoteatırda kiçik fan-zona da hazırlanıb. Xatırladaq ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Biletləri kinoteatrın kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərsiniz.







Redaktorun seçimi