Aqşin Yenisey “Ədibin Evi”ndə gənc oxucuları ilə görüşdü - FOTOLAR

Hit: 1936
Aqşin Yenisey “Ədibin Evi”ndə gənc oxucuları ilə görüşdü - FOTOLAR
İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə TEAS Press Nəşriyyat Evi ilə əməkdaşlıqda yazıçı, şair və publisist Aqşin Yeniseyin  gənc oxucularla görüşü keçirilib. Açılan müzakirədə “Nə oxumalı: nəsr, poeziya, yoxsa elmi ədəbiyyat ” mövzusu araşdırılıb. Aqşin Yenisey bu ədəbi üslubların fərqləri, yazıçının üstünlük verdiyi formalar və oxucu baxımdan ədəbi zövqə təsiri barədə fikirlərini bölüşüb. O, həmçinin gənc oxucular tərəfindən sevilən əsərlərinin yaranması prosesindən maraqlı faktları açıqlayıb. 
 
Müasir ədəbi məktəbin qurulması vacibliyini vurğulayan Aqşin Yenisey yazıçı peşəsində tək ilham deyil, intizamın da böyük rol oynadığını qeyd edib: “Hər gün yazmaq lazımdır. İndiki yazıçılar gəlir əldə etmək üçün qəzetlərlə əməkdaşlıq edirlər. Bu, onları əsər üzərində işləməkdən yayındırsa da, qələmlərini hazırlqı saxlamaqda kömək edir”.  
 
Aqşin Yeniseylə görüş gənc oxucularla sual-cavab hissəsində sosial məsələlərin ədəbi mövzulara təsirini əhatə edib.
 
Oxucularla canlı ünsiyyətə görə minnətdarlığını bildirən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941 ci illərdə İçərişəhərdəki ünvanı olan bu məkanın ədəbi müzakirələrə həmişə yer verdiyini bildirib. Gənclərin dünya görüşü, tənqidi düşüncə tərzinin inkişafı və özünü tanıması üçün oxu vərdişinin vacibliyini xatırladan Şəfəq Mehərliyeva TEAS Press Nəşriyyat Evi ilə başlanılan bu ədəbi mühazirələrin də ənənə şəklini alacağını məmnunluqla qeyd edib.

Faktor.az
1
1
1
1







Redaktorun seçimi