“Azərxalça” ASC-yə yeni sədr müavini təyin olunub

Hit: 2019
“Azərxalça” ASC-yə yeni sədr müavini təyin olunub
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  13.07.2022  tarixli  3360 Sərəncamı ilə Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
 
Faktor.az  xəbər verir ki, Emin Əfəndiyev 1992- ci ildə  Material Ehtiyatları Nazirliyi, «Azərtikinti Materialları» İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək   mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.
 
1996-2004-cü illər ərzində  «Rossiyskiy Kredit» BKB Rusiya-Azərbaycan birgə Bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son 4 ildə İdarə Heyətinin sədri vəzifəsində  çalışıb.
 
2004-2009-cu illərdə «AZAL» SKB (2008-ci ildə adını dəyişdirilərək «Silk Way» SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının  müdiri vəzifəsində işləyib.
 
2015-2018-ci illərdə «MBA-Moskva» Azərbaycan Beynəlxalq Bankın Rusiya Federasiyasının törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.
 
2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.








Redaktorun seçimi