Novxanıda 12 saatlıq solo konserti baş tutub - FOTOLAR

Hit: 1965
Novxanıda 12 saatlıq solo konserti baş tutub - FOTOLAR
Son zamanlar ifaları ilə gənclərin sevimlisinə çevrilən Joseph Abbasın Gala Resort  Novxanıda 12 saatlıq solo konserti baş tutub.
 
Faktor.az xəbər verir ki, “1 bilet 2 konsert” şüarı ilə baş tutan tədbirdə məşhur ifaçılar Epi, MadTeen, Cavidan Fatihi, Rəssam, Barss, Tural&Turan, Həsən Rza, Eren Mumcu, İlham, Elçin Elşad, Əli Faiq Mirzə, Şahin Əlizadə, Kadir Özel və Sadiq Abbasov müxtəlif repertuarlarla gənclərə əsl musiqi festivalı yaşadıblar. Konsert müddətində DJ Leo, DJ Elshan və DJ Davidovdan da maraqlı çıxışlarla tədbirə xüsusi möhtəşəmlik qatıb. Konsert iki hissədən ibarət olub və konsert iştirakçılarının istəyinə uyğun olaraq gecələmə və çadır xidməti təşkil olunub.
 
Qeyd edək ki, Joseph Abbasın 12 saatlıq konsertində ümumilikdə 200-ə yaxın gənc iştirak edib və tədbir müddətində iştirakçılar stolüstü tennis, voleybol və futbol meydançalarından istifadə imkanından yararlanıb.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi