Xeyriyyə aksiyası keçirilib - FOTOLAR

Hit: 1008
Xeyriyyə aksiyası keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və VMR Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Gəncə şəhərində yaşayan Qazi övladları üçün 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.
 
VMR Estetik Gəncə klinikasında baş tutan aksiyada Milli Məclisin deputatı Jalə Əhmədova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova, rayon ictimaiyyəti və digər rəsmi şəxslər iştirak ediblər.
 
Tədbirin aparıcısı 26 İyun - Silahlı Qüvvələr Gününün dövlətimiz üçün əhəmiyyətindən danışıb, şanlı qələbəmizdə böyük rolu olan Qazilərimizin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Sonra çıxışcılar ölkəmizdə Qazi ailələrinə dövlət qayğısını vurğulayaraq aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürünü bildiriblər.
Daha sonra VMR Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənov çıxışında aksiyanın “varlığımızı qoruyanların sağlamlığını qorumaq borcumuzdur” şüarı altında keçirildiyini vurğulayıb və gələcəkdə davam etdirilməsi üçün planlar haqqında iştirakçıları məlumatlandırıb.
 
Sonda tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi bədii hissə ilə davam edib, təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
1
1
1
1
1
1
1








Redaktorun seçimi