"CinemaPlus"da "Top Qan 2" filminin təqdimatı - VİDEO

Hit: 13358
"CinemaPlus"da "Top Qan 2" filminin təqdimatı - VİDEO
"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında çoxdan gözlənilən "Top Qan 2" filminin tədbiri keçirilib.
 
Faktor.az xəbər verir ki, 1986-cı ildə çəkilmiş "Top Qan" filminin davamı olan Tom Kruzun baş rolda oynadığı Cozef Kosinskinin Amerika döyüş filmidir.
 
Tədbirdə fəxri qonaq qismində 44 günlük Vətən müharibəsində Azərbaycanımızın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunan, çətin, lakin şərəfli peşə sahibləri Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyəti iştirak edib. Onlar mayor Oruczadə Faiq Niyaz oğlu, kapitan Əşrəfov Rəvan Rasim oğlu, kapitan Orucov Soltan Yaqub oğlu, kapitan Qurbanzadə Nihat Elçin oğlu və kapitan Səfərov Fikrət Cəfər oğludur.
 
Tədbirdə Xalq Artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqqerlər, iri təşkilatların sahibkarları da iştirak ediblər.
 
Tematik dekorasiya kinoteatrda filmin ab-havasını çatdırdı. Dekor bir neçə hissələrdən ibarət idi. Kinoteatrın foyesi uçuş zolağına çevrildi, buludlar qonaqların başlarının üzərində keçirdi, qəhrəmanını gözləyən motosiklet də var idi.
 
Bütün qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət əldə etdilər. Bunun üçün sadəcə Virtual Zona-ya getmək və virtual reallıq eynəklərini taxmaq kifayət idi.
 
Baş rollarda Tom Kruz, Cennifer Konelli və Ed Harris çəkilib.
 
Maverick ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir: sərhədləri aşan qorxmaz sınaq pilotu vonu əbədi yerə endirəcək yüksəlişdən ehtiyatla qaçır. Top Gun məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən, Maverick mərhum dostu, leytenant Nik Bradşonun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. Qabaqda - qeyri-müəyyənlik, arxada - keçmişin xəyalları. Maverick, uçuşa təyin olunanlardan müstəsna fədakarlıq tələb edən bir missiyanın bir hissəsi kimi həyata keçmək təhlükəsi ilə üzləşən dərin qorxuları ilə üzləşməyə məcbur olur.
 
Tədbirin təşkilində Brand Media Groups, "Bolşoy Prazdnik" event şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "Savalan Winery" şirkəti, "Virtual Zone" əyləncə mərkəzi, qəhvə "Tupinamba" və Red Bull dəstək göstəriblər.
 
Qeyd etmək istərdik ki, "Top Qan 2" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
 
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.








Redaktorun seçimi