4 nömrəli uşaq incəsənət məktəbi hesabat konserti təqdim edib - FOTOLAR

Hit: 3325
4 nömrəli uşaq incəsənət məktəbi hesabat konserti təqdim edib - FOTOLAR
Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş hesabat konserti keçirib.
 
Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, Xalq artisti Mübariz Tağıyev, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
 
Konsert zamanı məktəb şagirdlərinin ifasında A.Gəray, T.Quliyev, N.Əliverdibəyov, F.Şopen, D.Xisaisi, Ü.Hacıbəyli kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, “Leyla” rəqs kollektivinin ifasında rəqslər təqdim olunub.
 
Həmçinin tədbirdə istedadlı şagirdlərin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

FAKTOR.AZ
1
1
1
1
1
1
1








Redaktorun seçimi