Baş İdarənin təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə konsert keçirilib

Hit: 2130
Baş İdarənin təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə konsert keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Ramazan bayramı münasibətilə konsert keçirilib.
 
Tədbirdə Baş İdarənin rəis müavini Nazim Əliyev, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzinin direktoru Həcər İsrafilova, hərbi məktəbin kollektivi iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Humay Muxtarova və Ayaz Məmmədovun aparıcılığı ilə keçən konsertdə populyar müğənni Nadir Qafarzadə, aşıq Elvin Mehmanlı, Xətai rayon Mədəniyyət
 
Mərkəzinin “Səma” rəqs ansamblı rəngarəng ifalarla bayram əhval-ruhiyyəsi yaradıblar.
 
Tədbirin təşkilində əsas məqsəd Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin şəxsi heyətinin və kursantlarının asudə vaxtını səmərəli təşkil etmək, onları mədəni irsimiz və milli dəyərlərimizlə yaxından tanış etməkdir.








Redaktorun seçimi