“Muğam” televiziya müsabiqəsinin növbəti seçim turu İsmayıllıda

Hit: 668
“Muğam” televiziya müsabiqəsinin növbəti seçim turu İsmayıllıda
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəkliyi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam” televiziya müsabiqəsinin növbəti seçim turu 16 aprel 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutub. 
 
Seçim turunda Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan və İsmayıllı rayonlarından olan namizədlər çıxış ediblər. 
 
Namizədlər arasında Səidə Həmidova, Səfiyyə Yaqublu, Turab Məmmədzadə, Teymur Əzizli, Daşqın Kürçaylı, İsmayıl Talıbxanzadə, Adəm Əmralıyev növbəti mərhələyə keçiblər. Bu münasibətlə İsmayıllı Regional Mədəniyyət İdarəsi adından namizədləri təbrik edir, növbəti seçim turunda müvəffəqiyyətlər arzulayırıq. 
 
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yayımlanacaq. 
 
Final mərhələsinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi planlaşdırılır. 








Redaktorun seçimi