Füzuli teatrında ustad dərslərinə start verilib - FOTOLAR

Hit: 564
Füzuli teatrında ustad dərslərinə start verilib - FOTOLAR
Füzuli Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində ustad dərslərinə start verilib.
 
Faktor.az  xəbər verir ki, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə başlayıb.
 
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, xalq artisti Pərviz Məmmədrzayev aprel ayının 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcək. Beş gün davam edəcək ustad dərslərində dövlət teatrının peşəkar və gənc aktyorları ilə yanaşı, Kürdəmir Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Kürdəmir, Xocavənd, İmişli, Beyləqan və Füzuli  xalq teatrlarının üzvləri də iştirak edəcək .
 
Təlimin məqsədi hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” uzun illər səhnədə qazandığı təcrübəsini teatrın bütün yaradıcı heyəti ilə bölüşməkdir.
1
1
1
1
1








Redaktorun seçimi