Baş İdarə xeyriyyə aksiyasını davam etdirir

Hit: 681
Baş İdarə xeyriyyə aksiyasını davam etdirir
Aprelin 7-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Şəhid və Qazi övladları üçün növbəti xeyriyyə aksiyası keçirilib.
 
FAKTOR.AZ xəbər verir ki, aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib. Aksiyanın aparıcısı Könül Muxtarova aksiya iştirakçılarını salamlayıb, sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova çıxış edərək, görülən tədbirin əhəmiyyətindən danışıb. 
 
Tədbirdə tanınmış sənətkarlar – Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubova, populyar müğənnilər Nadir Qafarzadə və Amil Həsənoğlu iştirak ediblər. 
 
Övladları sünnət olunmuş Şəhid və Qazi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.
 
Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan Şəhid və Qazi ailələrini daim diqqət mərkəzində saxlayan Baş İdarə bu aksiyanı gələcəkdə də davam etdirəcək.








Redaktorun seçimi