“Qarabağ İlmələrdə” filminin yayımlanacağı tarix açıqlandı

Hit: 786
“Qarabağ İlmələrdə” filminin yayımlanacağı tarix açıqlandı
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən “Qarabağ İlmələrdə” sənədli filmi eyniadlı adlı sosial layihə çərçivəsində hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə Qarabağ “Çələbi” xalçasına 44 gün ərzində minlərlə insan ilmə ataraq toxuyub.
 
FAKTOR.AZ xəbər verir ki, sonuncu ilmələri işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunub.
 
Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər.
 
“Qarabağ İlmələrdə” sənədli filmi 10 aprel saat 15:50-də ilk dəfə olaraq İTV-də yayımlanacaq.








Redaktorun seçimi