"Azərbaycan Mədəniyyəti" sosial şəbəkə platforması - Dövlət Televisiyasında - VİDEO

Hit: 9699
"Azərbaycan Mədəniyyəti" sosial şəbəkə platforması - Dövlət Televisiyasında - VİDEO
"Azərbaycam Mədəniyyəti"sosial platformasının əməkdaşlarından- platformanın icraçı direktoru Fidan Oruc Əliyeva, sədr müavini  Mehriban Xəlilli Azərbaycan Dövlət Televiziyasında yayımlanan Tele Səhər proqramnnda qonaq olub.
 
Platformanın gəncləri Dövlət başçımızın mədəniyyətimizə, incəsənətimizə, muğama qayğısını platformanın məqsəd və məramları çərçivəsində məhz prezidentimizin siyasəti yolunda müsəlləf bir əsgər kimi onun ətrafinda yumruq təki sıx birləşərək Azərbaycanın Mədəniyyətini, onun milli mənəvi dəyərlərini, soy kökünü təbliğ etmək və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdırmaqla bərabər, eyni zamanda gənc nəsillərə milli ruhu, vətənpərliyi aşılamağlarını xüsusilə qeyd ediblər.
Platformanın icraçı direktoru  Fidan xanım pandemiya şəraitində belə boş dayanmadıqlarını, onlayn şəkildə zoom konfranslar, görüşlər, canlı tədbirlər keçirdiklərini, ələxsus da bayram ərəfəsində tək yerli qruplarımız yox, xarici, çox üzvlü qruplarımızla işləyən gənclərimizin də aktiv çıxışlarını da vurğulayıb.
 
Mehriban  xanım aparıcının sualına cavab olaraq platformanın ən çox diqqət çəkən, baxılan paylaşımlar Kolifeylerimiz ifaları olduğunu bildirdi. Həm də Vətənpərvərlik ruhunda işlər aparıldığını, Ali məktəblərdə Muğam gecələrinin təşkil olunduğunu, sosial lahihələrlə hər zaman dövlətimizin yanında olduğunu vurğulayıb.

FAKTOR.AZ








Redaktorun seçimi