Novruz bayramı münasibəti ilə konsert proqramı keçirilib - FOTOLAR

Hit: 577
Novruz bayramı münasibəti ilə konsert proqramı keçirilib - FOTOLAR
18 mart 2022-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən konsert proqramı keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər. 
 
Konsert proqramının aparıcısı Azərbaycan Respublikasının əməkdar artisti Elşən Cəbrayılov olub. Elşən Cəbrayılov öz çıxışında bildirib ki, gəlişi ilə ölkəmizə şənlik, xalqımıza birlik, həmrəylik gətirən Novruz bayramı ən qədim bayramlarımızdandır. Azərbaycan xalqının qədim folklor nümunələrini, milli mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramının tarixi çox qədimdir. Novruz təbiətin oyanışı ilə ürəklərdə həm də xoş arzuların yarandığı və bu arzuların gerçəkləşməsinə ümid bəslənilən bir bayramdır. Xalqımız bu bayramı keçirərkən niyyət edir, yaxınlarına, doğmalarına sağlam olmalarını arzulayır, ən xoş diləklərini çatdırır. Təbiətin oyanmasının rəmzi sayılan bu bayram hər il yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd edilir. Son iki ildə isə Novruz bayramının qeyd edilməsi daha xüsusi məna daşıyır, belə ki, artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda keçirilir. 
 
İsmayıllı rayon Mərkəzi Meydanında keçirilən konsert proqramında Respublikanın tanınmış müğənniləri Elnur Məmmədov, Günay İbrahimli öz sevimli ifaları ilə tamaşaçılara əsl bayram havası yaşadıblar. Həmçinin "Niyal" instrumental ansamblının solistləri, İsmayıllı Aşıqlar ansamblı, "Lahıc" Xalq, "İvanovka" folklor, nağara qrupları çıxış ediblər. Novruzun əsas simvollarından olan Kosa və Keçəlin, Bahar qızın maraqlı tamaşaları qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

Faktor.az
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi