“Novruz töhfələri”adlı tədbir keçirilib - FOTOLAR

Hit: 490
“Novruz töhfələri”adlı tədbir keçirilib - FOTOLAR
Martın 17-də Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Novruz bayramına həsr olunmuş “Novruz töhfələri” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib. 
 
Tədbirdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.
 
Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin  istedadlı aktyorları, rəqs kollektivləri, gənc vokalçıları Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.
 
Tədbirdə uşaqlar nağıl qəhrəmanlarını canlandırıb, xalqımızın qədim bayramı olan Novruz adət-ənənələrini, bahar ətirli bir-birindən rəngarəng rəqsləri, musiqi nömrələrini  nümayiş etdirib.  
 
Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub. 

FAKTOR.AZ
1
1
1
1
1
1
1








Redaktorun seçimi