Füzuli Dövlət Dram Teatrının bir qrup əməkdaşı təltif olunub

Hit: 379
Füzuli Dövlət Dram Teatrının bir qrup əməkdaşı təltif olunub
Füzuli Dövlət Dram Teatrında yığıncaq keçirilib.
 
Teatrın mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, yığıncağı giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 10 mart Milli Teatr Günü münasibətilə teatrın bir qrup işçisini Fəxri Fərmanla təltif edib. Teatrın direktor müavini Azər Abbasov, ali dərəcəli aktyor Sehran Xanlarov, ali dərəcəli aktrisa Sevinc Məmmədova təltif olunub.
 
Qeyd edək ki, teatrın quruluşu rejissoru Nicat Mirzəzadə Azərbaycan Teatr Xadimlər İttifaqı İdarə heyətinin Qərarı ilə "Ümid" Gənclər Mükafatına layiq görülüb.








Redaktorun seçimi