İsmayıllıda “İgidlərimizin yadigarları” adlı layihə həyata keçirilib - FOTOLAR

Hit: 573
İsmayıllıda “İgidlərimizin yadigarları” adlı layihə həyata  keçirilib - FOTOLAR
Bu gün “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “İgidlərimizin yadigarları” adlı layihə həyata  keçirilib.
 
Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhid və qazi övladları iştirak ediblər.
 
Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra layihə rəhbəri layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, layihənin məqsədi  post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, bununla müharibə qəhrəmanlarının və onların övladlarının diqqətdə saxlanılmasını bəyan etmək, uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir.
 
Çıxış edənlər  bu cür layihələrin önəmidən söz açaraq qeyd ediblər ki, şəhid və qazi övladları bu gün cəmiyyətdə həssas və diqqətdə saxlanılması önəmli olan məsələdir. 
Rəsmi çıxışlardan sonra festivalın bədii hissəsi başlayıb. Uşaqlar musiqi sədaları altında rəqs edib və müxtəlif növ əyləncəli oyunlarda iştirak ediblər. Eyni zamanda iştirakçılar komandalara bölünərək  intellektual yarışlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri  tərəfindən  hədiyyələr və medallarla mükafatlandırılıb.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi