"Əl Əməyi Göz Nuru" - FOTOLAR

Hit: 708
"Əl Əməyi Göz Nuru" - FOTOLAR
Bu gün Park Bulvar Ticarət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının "Əl Əməyi Göz Nuru" adlı, sayca 45-ci  satış-sərgisinə start verildi.
 
FAKTOR.AZ bildirir ki, sərgi 3 gün ərzində saat 10-00-dan 20-00-a qədər davam edəcək. Kiçik sahibkar qadınlara dəstək məqsədilə düzənlənən satış-sərginin açılışında millət vəkilləri və ictimaiyyət , mədəniyyət, media  nümayəndələri iştirak edib.
 
 Tədbirdə çıxış edən millət vəkili Arzu Nağıyev AQSİA-nın təşkil etdiyi bu sosial layihənin kiçik sahibkarlar, qadınlar üçün əhəmiyyətli olduğunu və hər kəsi sərgiyə dəstək olmağa çağırıb.
 
 AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva satış sərginin ərsəyə gəlməsində dəstək olan hər kəsə, Park Bulvar Ticarət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. Açılış mərasimi mədəniyyət nümayəndələrinin təbrikləri ilə davam edib.
1
1
1
1
1
1
1








Redaktorun seçimi