Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi teatrın qonağı olub

Hit: 532
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi teatrın qonağı olub
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli Dövlət Dram Teatrının qonağı olub.
 
O, teatrla yaxından tanış olub, dekor, paltar, musiqi sexinə baxış keçirib, rəssamların hazırladığı əl işlərinə baxıb.
 
Daha sonra isə teatrın yaradıcı heyəti ilə görüş keçirilib. Aktyorlarla səmimi söhbət edən F.Xudanlı Zəfər gününə həsr olunmuş tamaşadan epizoda baxıb, kollektivə işlərində uğurlar arzulayıb. O, teatrın regionlara qastrol səfəri  üçün lazımi köməkliyi göstərəcəyini vurğulayıb. 
 
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev isə qeyd edib ki, bir əsrlik yaşı olan  teatrı yaşatmaq üçün var gücləri ilə çalışırlar. Eyni zamanda nazirliyin verdiyi plan tamaşa  göstəriciləri  layiqincə yerinə yetirilir.
 
Vaqif Vəliyev həmçinin vurğulayıb ki, Mədəniyyət Nazirliyi bölgə teatrı olaraq həmişə Füzuli Dövlət Dram Teatrını diqqətdə saxlayır.
 
"Bizim ali arzumuz odur ki, teatr Füzulidə, 30 illik həsrətdən sonra öz binasında tamaşalarla çıxış etsin və siz bizim doğma teatrımıza yenidən qonaq gələsiniz. Hörmətli Faiq müəllim! Bir daha sizə teatrın işləri ilə maraqlandığı üçün kollektiv adından öz dərin minnətdarlığını bildirib" - V. Vəliyev qeyd edib.







Redaktorun seçimi