BDU-nun Elmi Kitabxanasında “Şuşa-270” adlı kitab sərgisi

Hit: 864
BDU-nun Elmi Kitabxanasında “Şuşa-270” adlı kitab sərgisi
2022-ci il Azərbaycanda “Şuşa İli” ilə əlaqədar Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında “Şuşa-270” adlı kitab sərgisi təşkil edilib.
 
Sərgidə dörd dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) nəşr olunmuş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı, Şuşanın və Qarabağın tarixinə və mədəniyyətinə həsr olunmuş müxtəlif əsərlər, o cümlədən əslən Şuşadan olan elm, mədəniyyət və incəsənət xadimlərinin kitabları nümayiş etdirilir.
 
Sərgi ilin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.








Redaktorun seçimi