Füzuli Dövlət Dram Teatrı hərbçilər qarşısında şou-proqramla çıxış edib

Hit: 1074
Füzuli Dövlət Dram Teatrı hərbçilər qarşısında şou-proqramla çıxış edib
Füzuli Dövlət Dram Teatrı Milli Ordunun əsgər və zabit heyəti üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şou-proqramla çıxış edib.
 
Teatrın mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, proqramı giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev hərbçilərimizi, böyük zəfərin iştirakçılarını bayram münasibətilə təbrik edib. Bildirib ki, biz bu qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, qanları ilə tarixə yazan şəhidlərimizə, ərazilərimizdə və döyüş meydanında düşmənə qan udduran əsgər və zabitlərimizə borcluyuq.
 
Teatrın aktyor və aktrisalarının ifasında səhnəciklər, şən mahnılar və rəqslər əsgərlərimizdə yüksək əhval-ruhiyyə yaradıb.








Redaktorun seçimi