“CinemaPlus”da “Aykut enişte 2” türk komediyası

Hit: 705
“CinemaPlus”da “Aykut enişte 2” türk komediyası
“CinemaPlus” kinoteatrlar şəbəkəsindən türk komediyalarını sevənlər üçün şad xəbər var.
 
Dekabrın 2-dən, birinci hissəsi tamaşaçılar tərəfindən çox sevilən, “Aykut enişte 2” filminin nümayişi başlayıb.
 
“Aykut enişte 2”nin ssenari müəllifi Cem Gelinoğlu pandemiya səbəbindən filmi iki ildir ekranlara çıxara bilmədiklərini deyib: “Bu filmi böyük sevgi və əziyyət ilə çəkmişik. Birinci hissə çox bəyənildi və ikinci hissə də tamaşaçıların qəlbində yer tapacaq”. Rejissor Onur Bilqətay ikinci filmin tamaşaçıların böyük marağı və istəyinə görə çəkildiyini bildirdi.
 
Baş rollarda Cem Gelinoğlu, Melis Babadağ və Lale Başar yer alıblar.
 
Film haqqında qısa məlumat: Aykut və Gülşah toya hazırlaşır! Aykut sevdiyi xanımla ailə quracağına və Atabəyoğlu ailəsinin kürəkəni olacağına qərarlıdır və çox xoşbəxtdir. Gözlənilməz hadisə bütün planları alt-üst edir: Aykut və Gülşahın toyuna bir neçə gün qalmış Atabəyoğlular ailəsinin keçmiş kürəkəni Tələt peyda olur və hər şeyi korlayır.
 
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.







Redaktorun seçimi