"Şuşa, sən azadsan!" filmi nümayiş olunub

Hit: 659
"Şuşa, sən azadsan!" filmi nümayiş olunub
2 dekabr 2021-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və digər qonaqlar iştirak ediblər. 
 
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. 
 
44 günlük Vətən müharibəsinin həlledici mərhələsi olan "Şuşa əməliyyatı"nın əsas məqamlarının izləyicilərə təqdim olunduğu filmdə Şuşa şəhərinin işğaldan azad edilməsində yüksək peşəkarlıq və qəhrəmanlıq göstərən Xüsusi təyinatlıların keçdiyi döyüş yolundan bəhs edən kadrlar yer alıb.








Redaktorun seçimi