"Kəndimizin etüdü" adlı rəsm sərgisi keçirilib

Hit: 564
"Kəndimizin etüdü" adlı rəsm sərgisi keçirilib
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin  birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun yaranmasının 90 illiyinə həsr olunmuş “Kəndimizin etüdü“ adlı rəsm sərgisi təşkil olunub. Sərgi ötən ildə İsmayıllı rayonunun yeddi kəndində həyata keçirilmiş eyni adlı layihənin yekun mərhələsidir. 
 
Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İsmayıl Faxtıyev, İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov iştirak edib. Sərgidə çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov iştirakçılara uğurlar arzulayıb.
 
Layihədə iştirak etmiş yeddi kənd məktəbinə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi tərəfindən təşəkkürnamələr təqdim edilib. Sonda sərgiyə baxış keçirilib.
 








Redaktorun seçimi