Fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Hit: 739
Fotomüsabiqənin qalibləri mükafatlandırılıb
24 noyabr 2021-ci il tarixdə  İsmayıllı rayon Gənclər və İdman İdarəsinin  “Payız rəngləri” mövzusunda keçirdiyi fotomüsabiqənin qalibləri mükafatlandırılıb.   
 
İsmayıllı rayonunun yaradılmasının 90-ci ildönümünə təsadüf edən tədbirdə  İsmayıllı rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək,  iştirakçılara öz təşəkkürünü bildirib və  qalib olduqlarına görə onları təbrik edib. 
 
Belə ki, 20 oktyabr-20 noyabr tarixləri  əhatə edən fotomüsabiqədə  I yeri Xədicə Rəhimova,  II yeri  Alsu Abbasova,  III yeri  Zeynəb Hüseynli və  Nihad Ağayev qazanıblar.  I yerin qalibi  enerji  saxlayıcı, II yerin qalibi  simsiz qulaqcıq, III yerin qalibləri  isə səs gücləndirici  hədiyyələi  ilə mükafatlandırılıblar. Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən  medal, fəxri fərman və diplomlarla tətlif ediliblər.
 
Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviqidir.
 








Redaktorun seçimi