Noyabr ayı üzrə "Sirlər Xəzinəsi" intellektual müsabiqəsinə start verilir!

Hit: 809
Noyabr ayı üzrə "Sirlər Xəzinəsi" intellektual müsabiqəsinə start verilir!
22-26 noyabr tarixlərini əhatə edəcək müsabiqənin sualları hər gün GəncApp mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Suallara doğru cavab verən gənclər isə qoyulmuş qaydalara əsasən xallar toplayacaq.
 
Xalların hesablanması aşağıdakı qaydada aparılacaq. Doğru cavabı qeyd edən ilk 5 gənc:
1-ci doğru cavab – 10 xal
2-ci doğru cavab – 8 xal
3-cü doğru cavab – 6 xal
4-cü doğru cavab – 4 xal
5-ci doğru cavab – 2 xal
 
Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.
Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qaliblərimizi dəyərli hədiyyələr gözləyir!
 
Müsabiqə şərtləri çox sadədir:
- GəncApp mobil tətbiqini yükləməlisiniz;
- Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq şansınız var;
- Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər.
QEYD: Öncəki "Sirlər Xəzinəsi" intellektual müsabiqəsində qalib olan gənclər noyabr ayı üzrə müsabiqədə iştirak edə bilər, lakin qiymətləndirmə zamanı xal təqdim olunmayacaqdır.








Redaktorun seçimi