Xalq artistinin 75 illik yubileyi keçirilib

Hit: 381
Xalq artistinin 75 illik yubileyi keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əli Əmirov adına  Mədəniyyət Sarayında Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 75 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.
 
Gecədə tanınmış incəsənət xadimləri, aktyor, rejissorlar və yubilyarın ailə üzvləri iştirak edib.
 
Tədbiri aktyor, bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov açıq elan edərək Xalq artisti Əliabbas Qədirovun həyat və yaradıcılığı, keçdiyi sənət yolu haqqında məlumat verib. 
 
Sonra kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, "Şəfər" ordenli Oktay Mirqasımov Ə.Qədirovla bağlı xatirələrindən danışıb.
 
Daha sonra kulturoloq, tarix elmləri doktoru, ARPYDİA-nın professoru, "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov, Əməkdar artist, aktyor və rejissor Elxan Qasımov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, ictimai xadim, pedaqoqika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə çıxış ediblər. 
 
İfaçılardan, Xalq artisti Zaur Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar artist Elza Seyidcahan, Əməkdar artist Rəşad İlyasov, Nazim Əsgərov, Vətən müharibəsi qazisi Məbud Əhmədov öz musiqi töhfələri ilə qonaqlar qarşısında çıxış ediblər.
 
Sonda görkəmli aktyorun oğlu İlham Qədirov çıxış edərək tədbirdə iştirak edən və gecənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. 
 
Tədbir Əliabbas Qədirovun rol aldığı "Mesenat" tamaşından kiçik səhnəciklə sona çatıb.
 








Redaktorun seçimi