“CinemaPlus”da çoxdan gözlənilən idman draması “Kral Riçard”

Hit: 834
“CinemaPlus”da çoxdan gözlənilən idman draması “Kral Riçard”
Bu gündən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Kral Riçard” idman dramının nümayişinə başlanılır.
 
Real hadisələr üzərində qurulan süjet peşəkar tennisçilər Vinus və Serena Uilyamsın, onların atası Riçard Uilyamsın həyatından bəhs edir. Filmin büdcəsi 100 milyon dollar təşkil edir.
 
Filmin rejissoru Reinaldo Marcus Grindir. Baş rolda iki dəfə Oskar mükafatına namizəd olan Uill Smit çəkilib. Tennisçi bacıları Saniya Sidni və Demi Sinqlton ifa edirlər. Filmdə həmçinin Onjanyu Ellis, Con Berntal, Toni Qolduin və başqaları çəkilib. Müddəti 140 dəqiqədir.
 
Film 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
 
Filmdə Riçard Uilyams, tennisçilər Serena və Vinus Uilyamsların atasıdır. Özü də demək olar ki, heç vaxt tennis oynamayıb və peşəkar tennisçilərin hazırlığı haqqında çox az şey bilir. O, bütün qızlarını öyrətməyi planlaşdırırdı, ancaq Serena və Vinus əsl istedad göstərdilər.
 
Filmə baxmaq hər kəs üçün faydalı olacaq və hekayənin özü həm fərdi, həm də ailəvi baxış üçün nümunə sayıla bilər.
 
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.








Redaktorun seçimi