Sumqayıtda "Zəfər Gülləri" adlı fləşmob keçirilib - VİDEO

Hit: 621
Sumqayıtda "Zəfər Gülləri" adlı fləşmob keçirilib - VİDEO
Sumqayıt Şəhər İcra Hakimiyyəti, yerli Təhsil Şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin Sumqayıt Poçt Filialının təşkilatçılığı, 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevanın təşəbbüsü ilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Zəfər Gülləri" adlı fləşmob təşkil edilib.
 
Faktor.az xəbər verir ki, fləşmob üçün lazım olan 32 metrlik bayrağın hissələri simvolik olaraq layihəyə cəlb edilmiş məktəblərin müəllimləri və şagirdlərin köməyi ilə işğaldan azad edilmiş bölgələrin adı ilə "Azərpoçt" qutularınvasitəsilə layihə mərkəzinə - Sumqayıt 29 nömrəli tam orta məktəbə çatdırılıb və həmin hissələrdən milli dəyərimiz olan bayraq tikilib.
 
Layihədə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəblə yanaşı, Təfəkkür liseyi, 21, 31, 35 nömrəli tam orta məktəblər, həmçinin Bakı, Şuşa, Şəki şəhəri və Ucar, Kürdəmir, Şabran, Şəmkir rayonlarının müəllim və şagirdləri iştirak edib.
 
Layihənin rəhbəri müəllim Xəyalə Quliyevadır.
 







Redaktorun seçimi