Qaziantepdə ilk – nümayiş izləyənləri heyran qoydu

Hit: 755
Qaziantepdə ilk – nümayiş izləyənləri heyran qoydu
“Toxuma Parça Dizayn Yarışması” bu il Cənub-Şərqi Anadolu Tekstil və Xammal İxracatçıları Birliyi tərəfindən, Ticarət Nazirliyinin dəstəyi və Türkiyə İxracatçılar Məclisinin koordinasiyası ilə ilk dəfə Qaziantepdə təşkil olunub.
 
Faktor.az xəbər verir ki, Zeugma Mozaika muzeyində təşkil olunan nümayiş tamaşaçıları heyran edib.
 
GAİB koordinatoru Fikrət Kileci nümayişlə bağlı fikirlərini bölüşüb:
 
"Biz məhsullarımızla dünyaya açılmağı hədəfləyirik. Daha innovativ və ekoloji cəhətdən təmiz məhsulları yaratmaq niyyətindəyik".
 
Müsabiqənin nəticələri moda nümayişi təşkilatçılığı ilə açıqlanarkən, Zeugma Mozaika Muzeyində keçirilən gecəyə Ticarət Nazirinin müavini Rıza Tuna Turağay, GAİB Koordinatoru Fikrət Kileci, Türkiyə İxracatçılar Məclisinin sədri İsmayıl Güllə və Qaziantep Millət vəkili Derya Bakbak qatılıb.
 
Müsabiqəyə qatılan 222 iştirakçının dizaynı akademiklər, modelyerlər, tekstil mühəndisləri və sənaye nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və 10 finalçı müəyyən edilib.
 
Orijinal, əlavə dəyərli və innovativ parça dizaynlarının ortaya çıxmasına töhfə vermək, yeni dizaynerlər yetişdirmək və tekstil sənayesini gücləndirmək məqsədi daşıyan müsabiqənin ilk dəfə keçirilməsinə baxmayaraq, ona olan maraq məmnunluq yaradıb.
 
Qeyd edək ki, məsləhətçiliyi modelyer Dilek Hənifin olduğu müsabiqədə 10 finalçıya aid 40 parça dizaynı Zeuqma Mozaika Muzeyində sərgilənib. Müsabiqədə üçüncü yerin sahibinə 25 min, ikinciyə 50 min, birinci yerin sahibinə isə 100 min TL verilib.








Redaktorun seçimi