Bəhram Bağırzadənin imza günü keçirildi

Hit: 522
Bəhram Bağırzadənin imza günü keçirildi
Ölkəmiz üçün əlamətdar və xüsusi günlərdə Bakı metropolitenində təşkil edilən və ənənəvi sosial layihəyə çevrilmiş daha bir tədbir 8 Noyabr - Zəfər Günü və Bakı Metropoliteni İşçilərinin Peşə Bayramına həsr olunub.
 
Vətənpərvərliyi, ictimai fəallığı ilə seçilərək sevilən mədəniyyət xadimi Bəhram Bağırzadə bu dəfə də Bakı metropolitenində azyaşlı sərnişinlərin görüşünə gəlib.
“Bakı Metropoliteni” QSC “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadənin müəllif kimi qələmə aldığı və yeni nəslin maariflənməsində, biliklərini artırmasında, ölkəmiz haqqında zəngin məlumatlar əldə etməsində xüsusi rol oynayan kitabının imza gününü keçirir. 
 
Bu dəfə Əməkdar artist “8 Noyabr” stansiyası, eləcə də metropolitenin Bənövşəyi xətti üzrə stansiya və qatarlarda uşaqlarla görüşərək söhbət edir, onlara dəyərli tövsiyələrini verir.
Tədbir zamanı uşaqlara üzərində 8 Noyabr bayramının rəmzləri olan şarlar da təqdim olunub.
 
Xatırladaq ki, 2019-cu il iyunun 1-də "İçərişəhər" stansiyasında 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş maraqlı layihələrdən biri də “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə  Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin “Bakı uşaqlar üçün” adlı kitabını şəxsən azyaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilmişdi.








Redaktorun seçimi