Valeh Arifoğlu qalib oldu - FOTOLAR

Hit: 917
Valeh Arifoğlu qalib oldu - FOTOLAR
Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.
 
Tədbirdə əvvəlcə Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Müsabiqədə məqsəd 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.
 
Sentyabrın 30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Bir iştirakçıya bir neçə foto təqdim etmək imkanı verilib. Təqdim olunan fotolar müsabiqə müddətində instaqramda “foto.musabiqe” səhifəsində paylaşılıb.
 
Münsiflər heyəti tərəfindən fotolar peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə qələbənin simaları, müharibə dağıntıları, müharibə xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri nominasiyalarına uyğun qiymətləndirilib.
 
1-ci yer: Valeh Arifoğlu
 
2-ci yer: Könül Ələsova
 
3-cü yer: Murad Orucov
 
Ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri üzrə: Rəsul Rəhimov
 
Qeyd edək ki, noyabrın 10-dək ziyarətçilərin ixtiyarında olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.
 

 

1
1
1
1
1
1








Redaktorun seçimi