Yazıçı Nailə Qılıcova yeni kitablarını təqdim etdi - FOTOLAR

Hit: 789
Yazıçı Nailə Qılıcova yeni kitablarını təqdim etdi - FOTOLAR
Bu gün "Azərkitab" kitab mərkəzində tanınmış yazıçı Dərya Qılıcın (Qılıcova Nailə Bahadır qızı) yeni kitablarının təqdimat mərasimi olub.
 
Mərasimdə yazıçılar, ziyalılar, ictimaiyyət nümayəndələri həmçinin jurnalistlər iştirak ediblər.
 
Qeyd olunub ki, Dərya Qılıc bu gün oxucularının ixtiyarına 10 yeni kitabla gəlib. Müəllif öz kitablarında uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən sujetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır.
 
Bildirilib ki, bu gün təqdim olunan kitablardan biri də "Tale yolları" adlı kitabdır. Kitabda Xocalı şəhərinin işğalından bəhs edilir. Müəllif Azərbaycan xalqının qan yaddaşında heç vaxt silinməyəcək, bu qətilyanı soyqırımı ürək yanğısı ilə qələmə almışdır. Kitab işğalçı, acıgöz, qəddar, ermənilərin iki gəncin tale yoluna saldığı qara ləkədən söz açır. 
 
Daha sonra çıxış edən natiqlər yazıçının həyat fəaliyyətinə toxunublar, müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. 
 
Sonda Dərya Qılıc tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Azərbaycan həqiqətlərinin geniş oxucu kütləsinə çatdırılmasında, gənc nəslin milli təfəkkürünün formalaşmasında bundan sonra da əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı.
 
Qeyd edək ki, Dərya Qılıc (Qılıcova Nailə Bahadır qızı) 1958-ci ilin dekabrın 31-də Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub.1985-ci ildən A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində müəllimə işləyib. AYB-nin üzvüdür. "Qızıl Qələm" Media Mükfatı laureatıdır.
 
BAKU.NEWS
1
1
1
1
1
1







Redaktorun seçimi